Ru
15:11 / 26 May 2022

Bakıda yanğının söndürülməsinə helikopterlər cəlb olundu - YENİLƏNİB - VİDEO

8675

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.


Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.


Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.


Əlavə məlumat veriləcək.




***


13:43


Bakıda sexdə yanğın başlayıb.


Bakupost.az xəbər verir ki, Ulduz metrosu yaxınlığında yerləşən Plasmas zavodda güclü yanğın başlayıb.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.






E.Mirzəyev
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər