Ru
17:45 / 13 Mart 2023

Bakıda siqareti yerə atanlar 50 manat cərimələnəcək - Nəzarət gücləndirildi

5827
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar.


Bakupost.az Trend-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.

Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.

"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb".
Şərhlər
  • Ramin

    Duzgun qerardir, amma birinci kafelerden ve restoranlarin daxilinde siqaret cekmeyi yasaqlamaq lazimdir. Toya gedirsen hami siqaret cekir, men cekmeyen adam niye tustu ile zeherlenmeliyem. Sonra avtobus dayanacaqarinda siqaret cekenleri cerimelemek lazimdir.

  • t.ədalət

    Cərimənin belə çox olması büdcənin doldurulması üçün atılan addımdır.Cərimə maksimum 10 manat ola bilər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər