Ru
12:25 / 06 Fevral 2023

Bakıdan Türkiyəyə yardım aparan ikinci təyyarə yola düşür

1724
Azərbaycandan Türkiyəyə yardım aparan ikinci təyyarə yola düşür.

Bakupost.az xəbər verir ki, çadırlar, yataq dəstləri, dərman və digər ilk zəruri tibbi yardım ləvazimatlarını Türkiyəyə çatdıracaq ikinci təyyarə uçuşa hazırlanır. Təyyarə tezliklə havaya qalxacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərlik təcili xilasetmə qüvvələrinin qardaş ölkəyə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb. Yaxın bir neçə saat ərzində təyyarə Adana hava limanına uçacaq.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər