Ru
17:30 / 13 May 2022

Baltik dənizi artıq NATO ərazisinə çevrilir – Latviya rəsmisi

495
İsveç və Finlandiyanın NATO-daxil olması alyansı möhkəmləndirəcək və Baltik dənizi sahili regionun təhlükəsizliyini artıracaq.

Bakupost.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər naziri Edqar Rinkeviç məlumat verib.

“Bu ölkələr yaxın vaxtlarda üzvlük üçün müraciətlərini göndərə bilərlər.

Baltik dənizi NATO ərazisinə çevrilir, o artıq NATO-nun dənizidir”, - deyə Edqar Rinkeviç müsahibəsində deyib.

Eyni fikri Litvanın Xarici İşlər naziri Qabrielyus Landsberqis də dəstəkləyib.

“Bu etibarlı möhkəmlənmə olacaq. Baltikyanı dövlətlərin təhlükəsizliyi siyasi nöqteyi nəzərdən mümkün görünür.

Alyans elə bir konsensusa nail olmalıdır ki, hər santimetr ərazisi müdafiə altında olsun”, - deyə nazir bildirib.

Qeyd edək ki, dünən səhər Finlandiya prezidenti Sauli Ninistye ölkəsinin tezliklə NATO-ya daxil olması üçün gecikmədən ərizə verməsinin zəruri olduğunu demişdi.

Diplomatlar hər iki ölkənin müraciətinin tez qəbul olunacağını proqnozlaşdırır.

İsveç ərizəni 16 mayda təqdim edəcək.

Aygün Musayeva
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər