Ru
10:17 / 03 Fevral 2023

Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

2521
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb.

Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən, 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub", - məlumatda qeyd edilib.

Araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər