Ru
12:00 / 12 Yanvar 2022

Banklar dolların alış qiymətini qaldırıb - İqtisadçı

902
İqtisadçı ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb.

Bakupost.az xəbər verir ki, iqtisadçının məlumatına görə, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

Onun sözlərinə görə, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil: “İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər