Ru
17:45 / 23 May 2022

"Barselona"nın sabiq vitse-prezidenti Bakıya gəlir

3258
İspaniyanın "Barselona" klubunun sabiq vitse-prezidenti Emili Rousaud Pares Bakıya gələcək.

"Report"un məlumatına görə, 56 yaşlı fuknsioner mayın 24-də İspaniyanın “Antiguoko Futbol Akademiyası”nın filialının açılışında iştirak üçün Azərbaycana səfər edəcək.

İspaniya millisinin sabiq üzvləri Xabi Alonso ilə Arits Aduris və hazırda İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta bu akademiyanın yetirmələridir.

Azərbaycanın əməkdar məşqçisi, UEFA-nın A lisenziyalı məşqçisı Zamin Əsədullayev Bakıdakı akademiyada məşqlərə rəhbərlik edir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər