Ru
21:05 / 01 Avqust 2022

Baş nazir açıqladı: Qudauri faciəsində həlak olanların ailələrinə 100 min lari veriləcək

817
Gürcüstanın Qudauri bölgəsində dağlıq ərazidə həlak olan xilasedicilərin ailələri hökumət tərəfindən 100 min lari (təxminən 59 500 manat) alacaq.


Bakupost.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.


"Daxili İşlər Nazirliyi hər ailəyə 100 min lari, Səhiyyə Nazirliyi də istisna olaraq həkimlərin ailələrinə 100 min lari pul ayıracaq”, deyə İ.Qaribaşvili qey edib.


Qeyd edək ki, iyulun 29-da Gürcüstanın Qudauri bölgəsində dərəyə düşən paraplançıların axtarışı üçün uçan Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri qayaya çırpılaraq partlayıb. Helikopterin göyərtəsində olan ekipaj üzvlərinin hamısı, eləcə də paraplanda uçan xarici turist həlak olub. Baş vermiş qəza ilə əlaqədar olaraq iyulun 30-u Gürcüstanda matəm günü elan edilmişdi.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər