Ru
13:52 / 17 Noyabr 2022

Baş redaktor həbs edildi

2825
Bərdədə baş redaktor dələduzluğa gərə həbs edilib.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb.

Araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb.

F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər