Ru
11:57 / 01 Fevral 2023

Başqa ölkələrə casusluq edənlərin sayı xeyli çoxdur... jurnalistlər də var - Ekspert

6456
“Azərbaycanda kifayət qədər Rusiyaya, İrana və ya başqa ölkələrin maraqlarına xidmət edən insanlar var. Bu adamlar xüsusi xidmət orqanları tərəfindən ifşa edilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Bu sözləri Bakupost.az –a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ölkədəki İran casuslarına qarşı aparılan əməliyyatlardan danışarkən deyib.


Onun fikrincə, başqa ölkələrin təbliği ilə məşğul alan media nümayəndələrinin jurnalist kimi fəaliyyətinə qadağa qoyulmalıdır:


Dünən aparılan əməliyyatda 7 nəfər saxlanılıb. Kimin nə günahı olduğunu deyə bilmərəm, amma onlara jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan olunmalıdır. Bu nə deməkdir?! Sən adını jurnalist qoymusan, amma başqa bir ölkənin maraqlarını təmsil edirsən?!


Həm SalamNews, həm “İnteraz”dan xeyli adamlar var ki, hazırda ayrı-ayrı qurumlarda bu gün fəaliyyət göstərirlər. Hesab edirəm ki, SalamNews və “İnteraz” yaranandan orada fəaliyyət göstərən adamların dairəsi müəyyənləşməli, onların hazırda nə işlə məşğul olduqları da diqqətdən yayınmamalıdır”.

Aygün
BakuPost

Həmçinin oxuyun:








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər