Ru
22:30 / 12 Avqust 2022

Bayden və Si Cinpin bu tarixdə görüşə bilər

1773
ABŞ Prezidenti Co Bayden noyabrda Çin Prezidenti Si Cinpinlə ilk təkbətək görüşünü keçirə bilər.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, Çin lideri koronavirus pandemiyasının başlamasından bəri xaricə ilk səfərinə hazırlaşır. Səfər zamanı onun Co Baydenlə görüşü baş tuta bilər.



Məlumata görə, Çin lideri Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək. Onun noyabrın 15-16-da İndoneziyanın Bali adasında baş tutacaq G20 sammitində də iştirakı planlaşdırılır. Bundan sonra isə Si Cinpin Banqkoka gedərək Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumunda iştirak edəcək. Məhz bu tədbir çərçivəsində ABŞ və Çin liderlərinin görüşü baş tuta bilər.



Aysel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər