“Aşk-ı Memnu” serialında Bihter və Behlül obrazlarını canlandıran aktyor Kıvanç Tatlıtuğla aktrisa Beren Saat 14 il sonra yenidən eyni proyektdə yer alacaqlar.
Bakupost.az xəbər verir ki, bu barədə ilk açıqlama K. Tatlıtuğdan gəlib. O, “Bir müddət film çəkilişləri üçün Amerikada olacağam, sonra qayıdacağam. İstanbuldakı işləri dəyərləndirəcəyəm”, - deyib.
B. Saat isə filmlə bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, sözügedən film “Netflix” platformunda yayımlanacaq.
Aynur
BakuPost