Ru
13:16 / 13 Yanvar 2022

Bəhram Bağırzadənin "üzr videosu" ilə bağlı DİN-dən açıqlama

6973
Daxili İşlər Nazirliyi (DİN) əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.

Bakupost.az -ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, B.Bağırzadənin hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir.

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - şöbə rəisi vurğulayıb.

Qeyd edək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım etmişdi. O, videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini söyləyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər