Ru
16:45 / 17 Yanvar 2023

Bəhramın bağrını çatladanlar

30108


Elçin Zahiroğlu

Bəhram Bağırzadə və onun linç edilməsi prosesi: qəribə bir atmosfer - çirklənmiş, təbii fəlakətlər öncəsi durum kimi.

Ortada ittiham yoxdur, irad var, fikir var, bir də qəzəbli insanlar var. Statuslarda, rəylərdə “hədəqəsindən çıxmış gözlər” canlanır.


Bu gözləri vaxtaşırı müşahidə edirik: kimsə nəsə desin, çaşsın və ya “sarı sim”in yanından ötüb keçsin, onlar da hazır dayandıqları postdan “hurrey” deyib, əzib məhv eləsinlər. Heç nəyi nəzərə almadan, heç bir güzəşt etmədən...
Belə proseslərə baxanda adamı qəhər boğur: insanlarımızın əzabı, əziyyəti, keçirdikləri stress göz qabağına gəlir, adamı dəhşət bürüyür. Döyən də sənsən, döyülən də; döyən də günahsız, döyülən də...

Həmişə döyülən, əzilən, öz kəndində, obasında, dostları arasında zəif birinin qisası dəhşətli olur. Həmişə döyülən insanın əlinə bir dəfə döymək imkanı düşsün, gör adamın başına nə oyunlar açır. Ölümünə vurar, rəhmi gəlməz. Çünki bu həm qisasdır, həm də özünütəsdiq!

Bu bəhramlar, ondan əvvəl linç olunmuş xeyli adamlar indi həmin obrazdadırlar. Onlar hər zaman döyülmüş, Dostoyevskinin məntiqi ilə desək, hər zaman “alçaldılmış və təhqiredilmiş”lərin əlinə düşüb.

Adamı narahat edən Bəhramın haqlı və ya haqsız yerə söyülməsi deyil, insanların içindəki qəzəbdir, nifrətdir.
Qəzəb, əslində, ibtidai silahdır. Qəzəb insan orqanizmini vəhşi heyvanlarla mübarizəyə səsləyib, adrenalinin miqdarını artırıb, insanlarda qorxu hissini azaldıb və vəhşi təbiətdən qoruya bilib, qeyri-bərabər döyüşlərdə qalib edib. Cəmiyyət inkişaf etdikcə qəzəbə ehtiyac da azalıb.

İndi sivil cəmiyyətlərdə qəzəb azdır. Çünki insanların qorxusu yoxdur, əzilmək təhlükəsi yoxdur.

Amma bizdə qəzəb, kin günü-gündən artır. Deməli, əzilmək qorxusu böyüyür.

Bəhramlar bu qorxunun, qəzəbin qurbanıdır, onlar qorxunu aşırmaq missiyasını istəmədən boyunlarına götürüblər.

İmkanı olanlar Bəhramı qucaqlasın...




Şərhlər
  • N.Seyfeli.

    Bu, adam sovet dovrunun bir telxeyidir, Baki kimi beynelmilel, medeni bir sheherde boyuyesen ve bele tefekkurde olasan, cox boyuk sefliye yol verir, Azerbaycanin bele bir agir gununde parcalanma? Qarabagi azad eden o,cengaverler daglarda,sildirim qayalarda yetishen kendci balalaridir, senin kimi ;mamin sinocikler; deyil!

  • ibrahim

    Bəhram qızdı ki qucaqlayaq?Sadəcə olaraq belə həssas mövzularda qatıqlamaq lazım deyildi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər