Ru
17:49 / 21 Noyabr 2022

Belçika həftədə 4 günlük iş rejiminə keçdi

1023
Belçikada işçilər həfətədə 5 gün deyil,4 gün çalışacaq.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, iyunda koalisiya hökumətini quran partiyaların iş islahatları ilə bağlı tənzimləməsi bu gün qüvvəyə minib.

Bu tənzimləmə ilə işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi və işəgötürən razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcəklər.

Bu qayda işəgötürənlə razılaşma nəticəsində 6 ay müddətində davam edəcək. 6 ayın sonunda qarşılıqlı razılaşma ilə davam etdirilə bilər.

İşəgötürənlərin bu tələbdən imtina etmək hüququ var. Lakin imtina üzrlü səbəbə əsaslanmalıdır.

Qeyd edək ki, bəzi təşkilatlar bu praktikanı tənqid edir. İş yükünün 5 deyil, 4 günə cəmlənməsinin nöqsanlarına diqqət çəkilir.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər