Ru
13:21 / 14 Yanvar 2022

“Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər” - Hicran Hüseynova

1187
“Tərbiyəçinin körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərməsi əlbəttə ki, çox üzücü bir hadisədir.​ Əfsuslar olsun ki, bu narahatedici hal artıq normaya çevrilir.​ Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər. Bir çox hallarda isə həm travmalar həyatı boyu həmin uşaqda qalır və daha pis nəticəyə gətirib çıxarır”.

Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyib.

Millət vəkili bildirib ki, hazırda uşaq bağçaları, məktəbəqədər​ təhsil müəssisələri, körpələr evi Təhsil Nazirliyinin tərkibinə verilib:

“Çox yaxşı olardı ki, həmin müəssisələrə işə qəbul olunan müəllimlərin, təkcə pedaqoji bilikləri deyil, həm də uşaqla ünsiyyət, davranış bilik və bacarıqları da qiymətləndirilsin.​ Eyni zamanda, vaxtaşırı​ fəaliyyət göstərən tərbiyəçilər, müəllimlər tibbi-psixoloji müayinələri də keçirilməlidir. Bu imkan verəcək ki, uşaqlarla ünsiyyətdə problemi olan, davranışlarında kobudluq edən müəllim və tərbiyəçilər müəyyən edilsin”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər