Ru
12:08 / 18 İyun 2022

Bərdədə şəhid ailəsinin evi yanıb külə döndü - FOTO

1360
Bərdədə fərdi yaşayış evində güclü yanğın baş verib. 4 otaqlı ev içərisində olan əşyaları ilə birlikdə yanaraq külə dönüb.


Bakupost.az Trend-ə istinadən xəbər verir ki, rayonun Alpout kəndində şəhid ailəsinə məxsus ev yanıb. Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini Nazilə Zeynalovaya məxsus fərdi yaşayış evi elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı şəhid ailəsinə küllü miqdarda ziyan dəyib.


Qeyd edək şəhid İlham Abdullayev Birinci Qarabağ münaqişəsində Füzuli və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Fərdi yaşayış evində baş verən yanğınla bağlı araşdırmalar aparılır.
Bərdədə şəhid ailəsinin evi yanıb külə döndü -  FOTO
Bərdədə şəhid ailəsinin evi yanıb külə döndü -  FOTO
Bərdədə şəhid ailəsinin evi yanıb külə döndü -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər