Ru
09:18 / 05 Dekabr 2022

Beyləqanda bir ailənin 4 üzvünü öldürən şəxs barəsində qərar verildi

2152
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


Bakupost.az APA-ya istinadla bildirir ki, Beyləqan Rayon Məhkəməsi təqdimatı təmin edib.

Qərara əsasən Fuad Cəlilzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə dekabrın 2-i Tatalılar kəndində qeydə alınıb.

Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib.

Şərhlər
  • t.ədalət

    Bu qətlin cəzası qatili elə öz üsulu ilə güllələməkdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər