Ru
10:02 / 04 Dekabr 2022

Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü... - FOTO

4601
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Bakupost.az bildirir ki, “Qafqazinfo” qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci il təvəllüdlü Tərgül Quliyeva və oğulları 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadənin fotolarını əldə edib.

Qeyd edək ki, hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər