“Əsasən Qərb ölkələrində yerləşən bir sıra mərkəzlər, o cümlədən bəzi dövlət büdcəsindən maliyyələşən fondlar Azərbaycanda QHT sektorunu nəzarətdə saxlamaq üçün müxtəlif proqramlar, qrant layihələri həyata keçiriblər. Amma 2013-cü ildən sonra onlar Azərbaycanda üçüncü ölkələr vasitəsilə maliyyələşmə sxemini tətbiq etməyə başlayıblar. Yəni onların özlərinə sərf edən QHT-lərin maliyyələşməsini gizlin, üçüncü ölkələr vasitəsilə həyata keçirirlər”.
Bunu
Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu zaman maliyyələşən təşkilatların adları açıqlanmır, yalnız istiqamətləri göstərilir. Ölkə daxilində fəaliyyət göstərən QHT-lərin maliyyələşməsində əsasən, Gürcüstan platformasından istifadə olunur:
“2013-cü ildən QHT-lər üçün keçirilən təlimlər artıq ölkə daxilində deyil, Avropanın müxtəlif şəhərlərində təşkil olunur. QHT nümayəndələri də bu ölkələrə dəvət edilir. Strategiya tamamilə dəyişib”.
Hüquqşünas qeyd edib ki, Azərbaycandakı QHT-ləri qeyri-leqal yollarla maliyyələşdirən bir sıra tanınmış fondlar var. Bunlar ABŞ-ın Demokratiyaya Dəstək Fondu, Avropada Demokratiyaya Dəstək Fondu və s-dir.
Sevinc
BakuPost