Ru
22:04 / 30 Yanvar 2023

Bir ailənin 3 üzvü bıçaqlanıb

2810
Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb.

Bakupost.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara cərrahi müdaxilə edilib, vəziyyətləri kafidir. Bıçaqlanan şəxslər bir ailənin üzvüləridir.

Hadisəsin başvermə səbəbləri araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər