Ru
17:57 / 16 Yanvar 2023

"Bir gecənin nağılı" tamaşasının premyerası keçirildi - FOTO

3149
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin "Bir gecənin nağılı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Bu barədə Bakupost.az -a teatrdan məlumat verilib.

Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.

Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa ediblər.

Tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.

Məlumat üçün qeyd edək ki, tamaşa gənc aktyorların səhnə debütü olub.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər