Ru
16:00 / 09 Avqust 2022

“Bayraktar” zavoduna görə Rusiya Türkiyə ilə münasibətləri pozmayacaq - Politoloq

1924
Ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, əgər Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, dərhal demilitarizasiyaya məruz qalacaq.


Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bakupost.az -a bildirib ki, Peskovun açıqlaması bəyanatdan uzağa gedə bilməyəcək:


“Prezident Ərdoğanın Soçiyə səfərindən sonra bir zavodun tikilməsinə görə Rusiya-Türkiyə münasibətləri pozulmayacaq. Çünki zavodun tikilməsi ən azı 3-4 ay bundan qabaq planlaşdırılıb. Hətta bu barədə niyyət protokolu da imzalanıb. Həmin zavodun tikintisi qarşılıqlı, ikili əlaqə deməkdir. Rusların buna görə qızışması yerində deyil və heç nəyi həll etmiyəcək. Çünki Rusiya artıq vurub darmadağın edəcək gücə malik deyil. Demək olar ki, getdikcə güc-qüvvətini daha da itirir”.


Q. Hüseynli hesab edir ki, Türkiyə ilə münasibətlər Rusiyaya hava-su kimi lazımdır:


“Türkiyə Rusiya üçün həm də bir nəfəslikdir. Peskovun açıqlaması Türkiyə ilə Rusiya arasında münasibətləri pozmayacaq. Çünki prinsipial razılaşmalar əldə edilib. Bu saat Qərb ölkələri, Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Avropa İttifaqının Türkiyəni qısnadığı bir zamanda Rusiya da başqa bir problem yaradarsa, bu, Ankaranı Moskvadan tamamilə uzaqlaşıra bilər. Ruslar buna getməyəcək. Bu saat Rusiya Türkiyədən çox asılıdır. Fikrimcə, ruslar bununla bağlı mövqelərini bildirməli idilər. Lakin bundan daha dərinə gətməyi bacarmayacaqlar. Zavodun tikilməsi də ən azı yarım ilə qədər vaxt tələb edəcək. Ona qədər çox məsələlər öz həllini tapacaq.Bu məsələdə Türkiyəyə heç nə etmək olmaz”.

Fəridə
Baku Post


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər