Ru
19:49 / 16 Sentyabr 2022

"Biz müharibəni bitirmək istəyirik" - Putin

1216

"Biz müharibəni bitirmək istəyirik, lakin Kiyev müharibəyə davam etmək istəyir".



Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə baş tutan görüş zamanı deyib.



Putin Modiyə Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək istədiyini və Hindistanın münaqişə ilə bağlı narahatlığını başa düşdüyünü bildirib.




“Rusiya Ukraynadakı münaqişənin tezliklə başa çatması üçün hər şey etməyə hazırdır, lakin Kiyev danışıqlardan imtina edir. Biz təəssüf edirik ki, Ukrayna rəhbərliyi danışıqlar prosesini rədd edərək öz məqsədlərinə hərbi yolla nail olmaq istədiyini bəyan edib”, - deyə Putin vurğulayıb.


Aysel
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər