Ru
13:00 / 21 Aprel 2022

Bizi biabır edənlər...)

12531
Dilarə Zamanova


Hamıya məlumdur ki, bir neçə gün bundan öncə Rusiyada və bizdə olduqca məşhur olan Hüseyn Həsənov adlı bir bloger Azərbaycana gəlmişdi. Gəldi, "iPhone" payladı, izdiham yaratdı, özünü bir daha reklam edib getdi. Ondan sonra isə başladı bütün sosial şəbəkələr coşmağa. Hamı bir ağızdan orada olan gəncləri qınayırdı. Deyirdilər ki, oradakı gənclər elə bir izdiham yaratmaqla bizi biabır ediblər.



Ciddisiz? Yəni həqiqətən də elə düşünürsüz ki, bizi o gənclər biabır ediblər? Xeyr, biz o gənclər ora "iPhone" üçün yığışanda yox, biz 15 yaşlı uşaq anasını qısqanclıq zəminində öldürəndə, Gəncədə 63 yaşında kişi 15 yaşında əqli cəhətdən zəif qızı zorlayanda, cinsi azlıq olduğu üçün bir jurnalist əmisi oğlu tərəfindən qətlə yetirəndə, bir polis həyat yoldaşını polis şöbəsində 15 güllə ilə öldürəndə, həkim xəstəyə şirinliksiz baxmayanda, müəllim 8 Martını təbrik etməyən şagirdlərini bütün sinfin içində ayağa qaldırıb danlayanda, işdə özündən bir az yaxşı adamın torbasını tikməyə çalışanda, müdirdən başqa heç kəsin bayramını təbrik etməyəndə biabır olmuşuq…


Yoxsa iki-üç gənc orada "iPhone" üçün yığışıb deyə biabır olmamışıq.


Sözlərim qəti səhv anlaşılmasın, mən də gənclərin o dərəcədə izdiham yaratmağının lehinə deyiləm. Amma məşhur tamaşada da deyildiyi kimi “biz axı ot-alaq deyilik, yerdən çıxmamışıq”. Yəni demək istəyirəm ki, bu gənclər də ot-alaq deyil, yerdən çıxmayıblar. Bu gənclər yuxarıda sadaladığım hadisələrin baş verdiyi cəmiyyətin yetirmələridirlər.


Az qala əlində "iPhone" olmayan adama hörmət qoyulmayan, onu “kasıb” və ya “reputasiyası zəif” hesab edilən bir cəmiyyətdə bu gənclər necə olmalı idilər axı? Onları qınamaq asandı. “Biz belə deyildik” demək də asandır.

Sizi yetişdirən valideynlər də başqa idi, ona görə siz belə deyilsiniz.

Çox gözəl bir söz var: uşaq ailənin güzgüsüdür.

Baxın orada "iPhone" üstündə biri-birini qıran gənclər də bizim cəmiyyətin güzgüsü idi…

Şərhlər
  • Neriman Seyfeli.

    Rehmetlik Memmed Araz demishken, men bele dunyanin neyinden kusum.Tehsil berbad gunde, yaltaqliq, terifler kelle-carxa cixib; bu muhitde yetishen genclik nece olmalidirki?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər