Ru
20:35 / 05 Avqust 2022

Blinken Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

2440
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.



Bakupost.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.



Danışıq zamanı tərəflər son günlər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.



Blinken Azərbaycan və Ermənistan arasında yaranan gərginlikdən narahatlığını ifadə edib.



Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər