Ru
16:26 / 21 Noyabr 2022

"BMT ABŞ-ın oyuncağıdır" - Quterreşə sərt sözlər

896
Şimali Koreyanın Xarici İşlər Naziri Ço Son Hui BMT-nin Baş katibi Antoniu Quterreşi qərəzli olmaqla günahlandırıb.

Bakupost.az xəbər verir ki, Ço Son Hui Pxenyanda gerçəkləşdirilən qitələrarası ballistik raket sınağı məsələsinə toxunub.

O, raket sınağının ABŞ-ın ağır hərbi təhdidinə qarşı özünümüdafiə məqsədilə keçirildiyini bildirib.

Nazir Quterreşin bu sınağı təxribat hesab etdiyini xatırladaraq, qeyd edib ki, BMT-nin Baş katibi Ağ Ev və ya ABŞ XİN-in işçisi olaraq görür.

“BMT-nin Baş katibi ABŞ və ona bağlı güclərin təzyiq məqsədilə Şimali Koreyanın suverenlik hüququnu BMT Təhlükəsizlik Şurasına saxlamasına göz yumdu. Bu onun ABŞ-ın oyuncağı olduğunu açıq şəkildə sübut edir”.

Aynur,
BakuPost

Aynur,

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər