Ru
10:34 / 04 İyul 2022

"Bolmart"da 28 nəfər zəhərləndi - YENİLƏNİB

6061

***


13:29


“Dünən axşam saat 23:00 radələrində marketdəki zəhərlənmə ilə bağlı xəstəxanaya gətirilənlərin ciddi şikayətləri olmayıb. Onlar həkimlər tərəfindən müayinə olunaraq evə buraxılıblar”.


Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.


O qeyd edib ki, zəhərlənmənin səbəbi hələ tam bəlli deyil:


“Lakin market ərazisində propan qazı ilə hansısa iş görüldüyü deyilir. İş aparan fəhlələrə heç nə olmayıb. Marketin işçiləri qaz iyini hiss ediblər və yüngül şikayətləri olub - ürəkbulanma, baş ağrısı və s. Heç kimin həyatı üçün təhlükə yaradacaq ciddi zəhərlənmə olmayıb”.


Xatırladaq ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında "Bolmart"da zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.



***

10:34


Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.


Bu barədə TƏBİB-dən Bakupost.az -a cavab olaraq bildirilib.


Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.



***

10:11



Bakıda marketdə kütləvi zəhərlənmə olub.



Bakupost.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.


Mağazada 15-ə yaxın şəxs zəhərlənib.


Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər