Ru
23:48 / 06 May 2022

Borclu abonent “Azəriqaz”ın əməkdaşını döydü - FOTO

1549

Borclu abonent “Azəriqaz”ın əməkdaşına xəsarət yetirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.

30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub.


Borclu abonent  “Azəriqaz”ın əməkdaşını döydü - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər