Ru
15:38 / 07 İyul 2022

Boris Conson istefa verdi - YENİLƏNİB

5628

***

15:38


Boris Conson istefa verib.


Bakupost.az xəbər verir ki, o, xalqa ünvanladığı müraciətində Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar partiyasının lideri postundan istefa vermək barədə qərar qəbul etdiyini açıqlayıb.



***

12:15


Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.



Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


***
13:08

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Baş nazirin iqamətgahından açıqlama verilib.


BBC-nin xəbərinə görə, Boris Conson nazirlərin və deputatların dəstəyini itirdikdən sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.

Bildirilib ki, yaxın zamanda Mühafizəkarlar Partiyasına yeni lider seçilməsi üçün kampaniya başlayacaq və partiyanın oktyabrda keçiriləcək konfransında yeni Baş nazir təyin ediləcək.

Bu müddətdə isə, yəni oktyabr ayınadək Conson Baş nazir vəzifəsinin icrasını davam etdirəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər