Ru
18:38 / 13 Avqust 2022

Boris Conson jurnalistikaya qayıdır? - Məşhur nəşrdən təklif alıb

916
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən jurnalistikaya qayıda bilər.



Bakupost.az bildirir ki, bu barədə “The Guardian” yazıb.



Xəbərə görə, B.Conson ölkəsinin məşhur qəzetlərindən olan “Daily Mail”dən təklif alıb. Belə ki, məşhur nəşr keçmiş hökumət başçısına köşə yazarlığı təklif edib.



Ona təklif olunan maaş və digər detallar barədə isə məlumat yoxdur. Britaniya hökuməti və “Daily Mail” isə bu iddialara münasibət bildirməyib.



B.Conson siyasətə gələnə qədər, yəni 2016-cı ilə kimi “The Telegraph” qəzetində köşə yazarı kimi fəaliyyət göstərib.



Aysel
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər