Ru
13:12 / 25 Oktyabr 2022

Britaniya səfiri Sumqayıt məktəbində - FOTO

6194

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould və Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin Başçısı Kamola Mahmudova pop-up küçə transformasiyası layihəsi çərçivəsində Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə olublar.



Bakupost.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev qonaqları şəhərimizdə görməklərindən məmnunluqlarını ifadə ediblər.


Daha sonra rəmzi olaraq pop-up küçə transformasiyasının açılış mərasimi keçirilib.


Tədbir iştirakçıları məktəblilərlə görüşüb. Layihə haqqında onların fikirləri öyrənilib.

Vurğulanıb ki, Sumqayıt şəhərində Dünya Bankının Qlobal Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən transformasiya uşaqlara uyğun yol dizaynının təhlükəsizliyi necə yaxşılaşdıra biləcəyini və məktəblərin ətrafında yollarda itkiləri azalda biləcəyini nümayiş etdirmək məqsədi daşıyır. Məktəbin direktoru Xalid Adıgözəlov keçirilən layihənin əhəmiyyətindən danışıb və bunun şagirdlər üçün müsabət bir hal olduğunu bildirib.


Qeyd edək ki,Transformasiya Azərbaycan Milli Avtomobil Klubu və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı və Qlobal Nəqliyyat Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən innovativ layihənin mərkəzi elementidir. Uşaqların yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şəhərlərin Layihələndirilməsi Təşəbbüsü, Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Elm və Təhsil Nazirliyi və bir sıra digər dövlət qurumları tərəfindən dəstəklənir. Layihənin məqsədi küçə dizaynının sürəti idarə etmək və nəqliyyatın hərəkətini sakitləşdirmək üçün malik ola biləcəyi potensialı nümayiş etdirmək və Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına daha geniş dəstək verməkdir. Layihə, həmçinin şəhər yerlərində uşaqlar üçün yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün yerli qərar qəbuledici orqanları dəstəkləmək üçün yeni alətlər və həllər hazırlamağa çalışacaq.

Britaniya səfiri Sumqayıt məktəbində -  FOTO
Britaniya səfiri Sumqayıt məktəbində -  FOTO
Britaniya səfiri Sumqayıt məktəbində -  FOTO
Britaniya səfiri Sumqayıt məktəbində -  FOTO
Britaniya səfiri Sumqayıt məktəbində -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər