Ru
11:37 / 15 İyun 2022

Britni Spirsin ərinə 3 illik qadağa qoyuldu - Yaxınlaşa bilməz

1795
Britni Spirsin toyunu pozmağa cəhd edən keçmiş ərinə qadağa qoyulub.

Bakupost.az xəbər verir ki, amerikalı pop ulduz Britni Spirsin eks əri 52 yaşlı Ceyson Aleksandra 3 il müğənniyə yaxınlaşmaq qadağan edilib.

Amerika məhkəməsi bu qərarı ötən həftə müğənninin toyunda baş verən insidentə görə qəbul edib.

Aleksandr onlayn canlı bağlantı açaraq, toy mərasimi keçirilən yerə icazəsiz keçmək üçün qapıdakı mühafizəçiləri aldatmaq istəyib. Onun adının siyahıda olmadığını görən mühafizəçilər oradan uzaqlaşdırmaq istədikdə açıq münaqişə yaradaraq, Britninin onun ilk və yeganə arvadı olduğunu, toyu pozacağını qışqıraraq deyib.

Qeyd edək ki, ulduz 28 yaşlı sevgilisi Sem Astari ilə evlənib. Bu, onun 3-cü evliliyidir.

Məhkəmə keçmiş ərə 3 il ərzində Britniyə 91 kilometrdən artıq yaxınlaşmamaq qadağası qoyub. Aleksandr heç bir vasitə ilə müğənni ilə əlaqə yaradıb, narahat edə bilməz.





Aygün
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər