Ru
17:43 / 16 Noyabr 2022

“Bu, atamdan sonra keçirdiym ən pis an idi” - Ronaldo göz yaşlarını saxlaya bilmədi

3360
Portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo ingilis jurnalist Pyer Morqana müsahibəsində maraqlı eturaflar edib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Ronaldo müsahibənin ilk hissəsində “Mançester Yunayted” futbol klubu ilə bağlı anlaşmazlıqlardan, ikinci hissədə isə həyatındakı itkilərdən bəhs edib.

O, “Mançester Yunayted” klubunun baş məşqçisi Erik ten Haq və menecerləri günahlandırılıb. Portuqaliyalı ulduz “Mançester Yunayted”i empatiyasının olmamasında ittiham edib.

İkinci hissədə isə Ronaldo aprel ayında itirdiyi körpəsinin kədərini paylaşıb.

Həyat yoldaşı Corcina Rodrigezdən dünayaya gələn əkizlərdən biri -Angel aprelin 18-də dünyasını dəyişib. Digər körpəsi Bellanın isə çətinliklə həyata tutunduğunu deyib.

Futbolçu yeni doğulan oğlunun ölümünü həyatının ən pis anı adlandırıb:

“O dövrdə həyatımda nə baş verdiyini anlamaq çox çətin idi. Futbol dayanmırdı. Çox oyunlarımız oldu və mən həyatımın ən çətin anlarını yaşayırdım”.

Kriştiano oğlu və 2005-ci ildə qaraciyər çatışmazlığından dünyasını dəyişən atasının külünü evində saxladığını qeyd edib.

Körpəsinin ölüm xəbərini eşitdikdə 12 yaşlı oğlu Junior Ronaldo ilə birlikdə ağladıqlarını deyib:

“Angelin ölüm xəbərini eşidən kimi böyük oğlumla birlikdə ağladıq. Gionun evə iki körpə ilə gəlməsini gözləyirdik. Göz yaşlarımızı saxlaya bilmədik”.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər