Ru
21:00 / 23 Sentyabr 2022

"Bu, bayrağımıza sayğısızlıq deyil" - Yeni respublika ilə bağlı iddialara reaksiya

2176
Son günlərdə mətbuat və sosial şəbəkələrdə Göyçə-Zəngəzur Respublikasının yaradılması barədə xəbərlər yayılıb.

Bu qurumun yaradılmasının təşəbbüskarları Azərbaycan bayrağının simvolları əsasında yeni bayraq da təsis ediblər. Göyçə-Zəngəzur Respublikasının bayrağı bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri GZR təşəbbüskarlarının dövlət bayrağımızı təhrif, hətta təhqir etdiklərini iddia ediblər.




Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, GZR qurucuları dövlət bayrağının rənglərindən istifadə edib və yeni bir bayraq yaradıblar:


"Onlar dövlət bayrağının standartları və eskizlərdən olduğu kimi istİfadə etməyiblər. Eyni rənglərdə başqa ölkələrin də bayraqları var. Bu aspektdən biz dövlət bayrağını təhrif etmək iddiası ilə bu məsələyə cinayət məsuliyyəti prizmasından yanaşa bilmərik".


Ə. Məmmədli bütövlükdə GZR-in yaradılmasına ciddi yanaşmadığını bildirdi:





"Azərbaycanın tarixi ərazilərindən söhbət gedirsə, onun yeni bir adda ortaya çıxmasının mənası yoxdur. Kimsə tarixi ərazilərə iddia edirsə, bunu yeni adla yox, tarixdəki adı ilə iddia edə bilər. Tarixi xatırlatmaq baxımından bunu başa düşmək olar. Çünki bu ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə elan etdiyi ərazilərdir. Lakin, Azərbaycan Konstitutsiyası çərçivəsində bizim tanınmış ərazilərimiz məlumdur və yalnız onun üzərində tam suverinliyimizin, müstəqilliyimizin bərpası üçün zəruri addımlar atılır. Məqsədimiz bu əraziləri tam kontrol etməkdir. Ermənilərdən digər fərqimiz odur ki, başqalarının ərazilərində gözümüz yoxdur. Bu baxımdan, yeni “dövlət” elan etmək qeyri-ciddi və bir az da zərərli görünür. Amma bayraq məsələsinə gələndə, bunu Azərbaycan bayrağına sayqısızlıq kimi qiymətləndirmək doğru deyil. Çünki Göyçədə doğulan, yaşayan bir qrup insan özlərinin bu formada ölkəyə faydalı olacağını düşünərək, belə bir addım atıblar. Əslində hesab edirəm ki, bu, faydalı deyil".


Hüquqşünas məsələni cinayət məsuliyyəti baxımından da şərh edib:


"Məsələyə Cinayət Məcəlləsinin 324-cü maddəsi baxımından məsələyə yanaşmaq doğru deyil. 324-cü maddənin predmeti bayraq üzərində təhqiredici hərəkətin edilməsidir. Burada isə bayrağın rənglərindən istifadə edərək ona uyğun bir bayraq hazırlanıb, əlavə tarixi simvollardan istifadə edilib. Bu, cinayət hesab olunmur. Məsələn, Türkiy Cümhuriyyəti və Kıbrıs Türk Cümhuriyyəti mövcuddur. Türkiyə qırmızı bayrağın üzərinə ağ ay-ulduz qoyub, Kıbrıs isə ağ bayrağın üzərinə qırmızı ay-ulduz qoyub. Yəni, fərqləndirmək üçün eyni bayrağın fərqli formasından istifadə ediblər. Bu gün İranda yaşayan 30 milyon Azərbaycan türklərinin milli hərəkatını simvolizə edən bayrağa baxsaq, onlar da üçrəngli bayrağı başqa bir formada fərqləndirmək üçün smvollar əlavə ediblər. Bu, təbiidir”.

Fərid
BakuPost


Həmçinin oxuyun:









Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    "Göyçə-zəngəzur" respublikası seperatçı kürdlərin yaratdığı düzməcə bir qurumdur.Bayraq da müvəqqəti belədir,sonra sarı rəngə boyanacaq."Göyçə" sözünü Kəlbəcərə görə düzməcə respublikaya əlavə ediblər.Yəni,kürdüstana çevirmək istədikləri Kəlbəcər "zəngəzur"a aid olmadığına görə belə fikirləşiblər.Kürdlər həmişə Azərbaycan türkləri üçün əngəl olublar.1918-ci ildə AXC hakimiyyəti qurulan zaman Rusiya onların əli ilə (qatır məmməd deyilən gədənin ermənilərlə birlikdə olan dəstəsi) Gəncəyə basqınlar düzənlədi.Bizimkilər məcbur olub Bakıya köçdülər.Kürdlər elə həmən kürdlərdir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər