Ru
13:54 / 24 Yanvar 2022

Bu cəza zorakılıq qurbanının özünə də tətbiq edilir - Hüquqşünas

3177
“Məlum olduğu kimi, Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə yeni 133.1-1-ci maddə əlavə olunur. Yeni maddəyə əsasən, məişət zəminində bu məcəllənin 126 və 127-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verənlər dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq".

Bakupost.az -ın məlumatına görə,Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, tanınmış hüquqşünas Sahib Məmmədov bildirib ki, məişət zəminində psixi zorakılıq və​ məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə görə inzibati cəza tədbirlərinin, xüsusən cərimələrin miqdarının artırılması səmərəsiz tədbirdir:

“Bu cəza dolayısı ilə zorakılıq qurbanının özünə də tətbiq edilmiş sayılır. Tutaq ki, kişi öz xanımına qarşı bu zorakılıqları tətbiq edir və onu 500 manat cərimə edirlər. Cəza alan kim oldu bu halda? Belə cərimənin özü də mahiyyət etibarı ilə iqtisadi xarakterli məhdudiyyətdir, sadəcə qanuni”.



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər