Ru
14:08 / 13 Sentyabr 2022

Nə qədər ki, sülh yoxdur, bu hadisələr baş verəcək... - Orxan Amaşovun şərhi

2266
“Son zamanlar istər Azərbaycan-Ermənistan sərhəd xəttində, istərsə də rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazi ətrafında baş verən heç bir eskalasiya təsadüfü deyil. Bunların hamısı müəyyən gedişlərin göstəricisidir”.

Bunu Bakupost.az -a açıqlamasında siyasi təhlilçi Orxan Amaşov deyib.


O qeyd edib ki, bu eskalasiyalar qaçılmazdır:


“Nə qədər ki Azərbaycanla Ermənistan arasında bütün məsələləri, o cümlədən dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aid müddəanı özündə ehtiva edən sülh müqaviləsi imzalanmayıb, bu cür eskalasiyalar həmişə baş verəcək. Bu cür eskalasiyalar baş verəndə adətən, iki nəticə ortaya çıxır. Bir təfəfdən bu onu göstərir ki, tərəflər hələ sülh müqaviləsinə hazır deyil, digər tərəfdən isə sülh müqaviləsi qaçılmazdır və tez bir zamanda imzalanmalıdır. Birinci interpreitasiya daha çox Ermənistanın tərəfdar çıxıdığı tövsifdir. Onlar həmişə əsaslandırmağa çalışır ki, Azərbaycanla Ermənistan arasında məsələ həll olunmayıb, konfilikt qalır. Ona görə bu cür eskalasiyalar zamanı həmişə bu nəticəni çıxarmağa çalışır və sülh müqaviləsi imzalanmasını uzatmağa cəhd edirlər. Avqustun 31-də iki ölkə liderlərinin Brüssel formatında 4-cü görüşü oldu. Sentyanbrın 30-na kimi sülh müqaviləsinin ilkin versiyası üzə çıxmalıdır. Hesab edirəm ki, Ermənistanın niyyətlərindən biri prosesi uzatmaq və sülh müqaviləsinin üzərində qarşılıqlı işin görülməsi üçün münbit şəraitin olmadığı qənaətini yaratmaqdır".

Siyasi təhlilçi hesab edir ki, Ermənistanın KTMT-ni məsələyə cəlb etməsi mümkün olmayacaq:


“Digər tərəfdən istər dövlət sərhədində, istər Azərbaycanın suverən ərazisi olan Qarabağda, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə bütün eskalasiyalar ermənilər üçün geri çəkilmə ilə müşahidə olunur. Ermənistan ikinci Qarabağ Müharibəsində də çalışdı ki, Rusiyanın əsas dominat qüvvə olduğu KTMT-ni işə salsın, indi də buna cəhd edir. Paşinyanın Putinlə telefon danışığı olub, eyni zamanda beynəlxalq ictimaiyyəti buna yönləndirir. KTMT-nin bura cəlb edilməsi ehtimalı yoxdur. Əksinə hesab edirəm ki, bu eskalasiyada sonra Paşinyan Ermənistanın təhlükəsizlik şurasının islasında, görüşlərində sülh müqaviləsinin qaçılmazlığı ilə bağlı yenidən fikirlər səsləndirəcək. Eskalasiya əlbəttə ki, xoşagəlməz haldır. Lakin nə qədər ki, sülh müqaviləsi yoxdur, bu hadisələr baş verəcək. Bu sonuncu hadisənin miqyası əlbəttə ki, çox böyükdür”.


Fəridə
Baku Post
Şərhlər
  • Həsənov Yalçın

    Nə qədər erməni var dünyada bu problem olacaq.erməniləri son nəfərinə qədər məhv etmək lazımdır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər