Ru
22:33 / 28 Yanvar 2022

Bu deputatlar YAP-dakı vəzifələrini itirdilər

3224
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyilə keçirilən iclasda YAP rayon təşkilatlarına yeni sədr təyinatı məsələsinə baxılıb.

Bakupost.az xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilərək bir sıra yerli təşkilatlara yeni sədrlər təyin olunub.

Qərara əsasən, YAP Gəncə rayon təşkilatının sədri vəzifəsində deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında isə Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib.

Bu gün YAP Yevlax rayon təşkilatının sədri də dəyişdirilib. Belə ki, millət vəkili İlham Məmmədovun yerinə Əliyev Rafiq Vaqif oğlu sədr təyin olunub. Bununla da üç deputat - Naqif Həmzəyev, Cavid Osmanov və İlham Məmmədov YAP-dakı vəzifələrindən uzaqlaşıblar.

Qeyd edək ki, R.Əliyev yeni təyinatadək YAP-ın Yevlax rayon təşkilatında Aparat rəhbəri vəzifəsində çalışıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər