Ru
16:45 / 06 Dekabr 2022

Bu dərmanlar tromb əmələ gətirə bilər – Həkimdən xəbərdarlıq

2857
Hormonal dərmanlar bəzi hallarda və bəzi xəstələrdə yüksək tromb riski daşıyır.

Bakupost.az xəbər verir ki, terapevt Aleksey Xuxrev tromboza səbəb olan dərmanları açıqladı.

“Oral hamiləlikdən qoruyucu kontraseptiv və ya hormonal dərmanlar xüsusən qadınlarda tromba səbəb ola bilir.
Çünki bu dərmanlar orqanizmdə maye paylanmasını durğunlaşdırır, nəticədə qanın qatılaşması pozulur.

Amma bu o demək deyil ki, tromboz avtomatik hər kəsdə yaranır. Adətən bu genetik olaraq tromba meyilli insanlarda, siqaret çəkən və artıq çəkililərdə yarana bilər.

Tromb qanın qatılaşıb gel formasını almasıdır, bu tıxaclar arteriya və venalarda ilişir. Zamanla onlar qoöun ümumi qan dövranına qoşulub, müxtəlif orqanlara gedə bilər.

İri trombların qopub həyati vacib orqanların damarlarını tıxması çox təhlükəlidir. Bunlar emboliya, infarkt və insulta səbəb olur”.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər