Ru
12:03 / 06 Fevral 2023

Bu dövlətlər Türkiyəyə yardım təklif etdi

2445
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bir çox dövlətlər rəsmi Ankaraya dəstək nümayiş etdiriblər.

Bakupost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İsrailin Türkiyədəki səfiri sosial media hesabından “Qəlbimiz və dualarımız Türk xalqının yanındadır” mesajını paylaşaraq həyatını itirənlərə baş sağlığı, yaralılara şəfa diləyib.

Həmçinin İsrailin Xarici İşlər naziri E.Cohen təcili yardım proqramı hazırlamağı tapşırdığını bildirib. İsrailin müdafiə naziri Yoav Qallantın humanitar yardım göstərilməsi üçün təlimat verdiyi bildirilib.

Rusiyanın Ankaradakı səfirliyi də Türkiyə hökumətinə başsağlığı verib.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar zəlzələ ilə əlaqədarbaşsağlığı verərək, Türkiyədə baş verənləri ürək ağrısı ilə paylaşdıqlarını və can itkisinin az olmasını arzuladıqlarını bildirib

Pakistanın baş naziri Şahbaz Şərif də Twitter hesabında, "Türkiyənin cənub-şərqində baş verən bu böyük zəlzələ xəbərinin onları dərindən üzdüyünü paylaşaraq, can və mal itkisinə görə qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. O, həmçinin qeyd edib ki, Türkiyə çətin anlarda hər zaman Pakistana kömək əli uzadıb. Pakistanın lideri Türkiyə ilə tam həmrəy olduğu və İslamabadın hər cür yardımı göstərəcəyini vurğulayıb.

Əfsanə
BakuPost
Şərhlər
  • İnsan

    Bəs yunanistanı niyə yazmırsız? israili reklam etməklə məşğulsuz!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər