Ru
21:00 / 10 May 2022

Bu döyüş Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək - Politoloq

11636
“Bu müharibə hələ uzanacaq. Ukrayna ordusu Donbas, Luqansk döyüşlərində qalibiyyət qazanaraq işi bitirəcək”.


Bu sözləri Bakupost.az -a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı deyib.


O, Rusiya-Ukrayna müharibəsinin hazırkı durumu ilə bağlı danışıb:




“Son günlərdə Ukrayna ordusunun hələlik sakit dayanmasının səbəbi müdafiə olunmasıdır. Amma Zelenskinin müşavirinin açıqlamalarından belə nəticəyə gəlmək olur ki, Ukrayna ordusu hücuma hazırlaşır, lakin tələsmir, səbirlə, təmkinlə hərbi əməliyyatlar üçün plan cızırlar. ABŞ Prezidenti Lend-Liz qanunu qəbul edib. Bu qanuna əsasən, çox güman ki, F-16 təyyarələri və başqa ağır silahlar gələcək. Bu silahlar gəldikdən sonra Ukrayna ordusu önəmli əks hücuma keçəcək.


Xarkov hazırda qəhrəmanlıqla döyüşür. Şəhər müdafiə olunur. Ukraynada yaşayan ruslar belə Rusiya Federasiyasına, Putinə nifrət edir. Düşünürəm ki, gələn yardımlardan sonra əsas döyüş Luqansk, Donbas ətrafında olacaq. Bu döyüş Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək. Bunun tarixi mayın axırı da ola bilər. Amma görünən bundan ibarətdir ki, bu müharibə hələ uzanacaq. Ukrayna ordusu Donbas, Luqansk döyüşlərində qazanacağı qələbələrlə işi bitirəcək".


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər