Ru
10:37 / 04 Fevral 2025

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
913

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan saat 13:30-dək rayonun Kərgəlan, Lüvəsər, Xanbulan, Daştatük, Bürcəli, Qurumba, Rvo, Şovu, Şağlaküçə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar