Ru
08:06 / 07 Yanvar 2022

Bu gecə Bakıda dəm qazından 8 nəfər zəhərləndi

1427
Bu gecə Bakıda 8 nəfər dəm qazından zəhərlənib.

Bakupost.az xəbər verir ki, hadisələr Binəqədi, Nəsimi, Xətai və Suraxanı rayonlarında baş verib.

Binəqədi qəsəbəsində 1998-ci il təvəllüdlü Seyidov İbrahim Mübariz oğlu, Rəsulzadə qəsəbəsində 1973-cü il təvəllüdlü Cəfərova Səbinə Müzəffər qızı, 9-cu mikrorayon ərazisində 1994-cü il təvəllüdlü Bağırova Elmina Xocabəy qızı, 1995-ci il təvəllüdlü Əsədova Rəqsanə İxtiyar qızı dəm qazından zəhərləniblər.
Eyni zamanda Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində 1986-cı il təvəllüdlü Əmirova Samiya Əliməmməd qızı, Bülbülə qəsəbəsində isə 1992-ci il təvəllüdlü Əliyeva Sədaqət Ələddin qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Bakıda zəhərlənmə hadisəsi baş verib.

Digər hadisə Nəsimi rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədov İsmayıl Vəfadar oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Anoloji hadisə Xətai rayonunda da qeydə alınıb. Nobel prospektində 2003-cü il təvəllüdlü İsmayılova Fidan Ramiz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər