Ru
22:00 / 11 Noyabr 2022

Bu gün bütün gün darıxdım...

26090

Bakupost.az "Gecə pıçıltıları" rubrikasında Nargis İsmayılovanın şeirini təqdim edir:




Bu gün bütün gün darıxdım...

Sabah da darıxacağam...

Yenə, yenə, yenə, yenidən...

Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...

Valehedicidir,

Qucaqlaya bilmirəm...

Tökülürsən ürəyimdən



Vulkan külləri kimi boğucu və yandırıcısan.

Dəyərlim,

Əvəzedilməzim

Çalışıram,

əvəz olunmursan, bacarmıram.

Bacaracağam, bacarmalıyam...

Yoxluğunu əridib...

Davam edəcəyəm bomboz həyatıma

Bir qədəh şərab, bir siqaret... və kitablar...

Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən...

Silib ata bilməyəcəyəm bəlkə də qoxunu

13 kvadratmetrlik otağımdan...



Xəyalqırıqlığım!

Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi...

Ən möhtəşəm qarabasmam olacaqsan,

asılacaqsan otağımın divarlarından...

Küləyə çevrilib əsəcəksən hər gün ağlıma...

Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə...

Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında...

Közərə-közərə qalacağam, bilirəm...

Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə...

Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan...

Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...

Şərhlər
  • Oxucu

    Gecənin xeyrindən gündüzün " şeiri" yaxşıdır.

  • Azer N

    Mūkemmel sheir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər