Ru
07:28 / 19 Mart 2023

Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək

1817
Bazar günü Qazaxıstanda respublika parlamentinə seçkilər keçiriləcək.


“Report” xəbər verir ki, səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı - 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.


Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” qrafası yaranıb.


Qazaxıstanın bütün yeddi siyasi partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərinin siyahılarını təqdim edib. Bundan əvvəl Mərkəzi Seçki Komissiyası partiyaların siyahısına 281 namizədin daxil edildiyini bildirib: “Ak Yol” Demokrat Partiyasından – 54, Amanat (Əmanət) Partiyasından – 90, “Aul” Xalq Demokratik Vətənpərvərlər Partiyasından – 25, “Baytak” Yaşıllar Partiyasından - 18, Ümummilli Sosial Demokrat Partiyasından - 19, Qazaxıstan Xalq Partiyasından - 52, Respublika Partiyasından - 23.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər