Ru
08:45 / 06 Dekabr 2022

Bu günün ulduz falı - Bürcləri nələr gözləyir?

1794
6 dekabrda sağlamlıq, pul, eşq, ailə və kariyera sahəlırində bürcləri nə gözləyir?

Bakupost.az 6 dekabra olan ulduz falını təqdim edir.

Qoç- investisiya ilə bağlı maraqlı fikirlər inkişaf etdirəcəksiniz. Enerjiniz səhər saatlarında zəif olsa da, gün ərzində düzələcək. Ətrafınızda baş verən hadisələrə diqqət etməlisiniz. Həyatınızdakı insanlarla ziddiyyət təşkil edirsiniz.

Buğa- işgüzar münasibətləriniz sürət qazanacaq. Bu gün hadisələrə yanaşma tərziniz sizi daha da maraqlı insan edəcək. Bəzən lazımsız detallara ilişirsiniz.

Əkizlər- bu gün hadisələri hər tərəfdən araşdırma şansınız olacaq. Olduğunuz mühiti qəbul etməkdə tərəddüd edirsiz.

Xərçəng- dostlarınızı dinləyib işinizlı bağlı müxtəlif üsulları sınaya bilərsiz. Bu gün yaxınlarınızdan kömək ala bilərsiniz.

Aslan- Siz heç nəyə haqsızlıq etmək istəmirsiniz. Amma hər şeyə öz prizmanızdan baxmağa öyrəşmisiniz. Bu gün öz üzərinizdə işləyəcəksiniz, çünki şəxsi zövqləriniz ön plandadır.

Qız- Ətrafınızdan dəstək alanda özünüzü daha xoşbəxt hiss edirsiniz. Bərabərlik hissləriniz çox güclüdür. Bu gün əməkdaşlıqda hərəkət etmək sizin sahibkarlıq tərəfinizi aşkar edəcək.

Tərəzi-Sizin inadkar təbiətinizi bilənlər sizi yeniliklərə inandıra bilməz. Ətrafınızın dəstəyindən imtina edirsiz, bildiyiniz məsələlərdən kənara çıxmırsınız. Ailənizdə baş verən bəzi problemlərə kömək etmək lazımdır.

Əqrəb- Bu gün ifrat davranışlardan uzaq dura bilsəniz, özünüzü daha rahat ifadə edə bildiyinizi görəcəksiniz. Son dövrdə ailənin yaşlı üzvləri ilə emosional bağlarınızı möhkəm saxlamaq istəyəcəksiniz.

Oxatan- Fərqli düşüncələrə baxmayaraq, hisslərinizi nəzarətdə saxlamağı bacarırsınız. Sevgi ilə azadlığın bir arada olması mümkün deyil və siz tək qalmağı sevmədiyiniz üçün azadlığı seçirsiniz.

Oğlaq-Sizi sıxan hərəkətlərdən imtina etməlisiniz. Son vaxtlar bədəninizi lazımsız yerə yükləmisiniz. Bəzi işləri dostlarınızla paylaşa bilərsiniz. Bu gün sizin emosional gününüzdür.

Dolça- Son zamanlar iş həyatınızda dəyişikliklər yaşayırsınız. Ağlınıza gələn çılğın fikirləri buraxmalı və fürsətlərdən istifadə etməlisiniz. Ətrafınızda baş verə biləcək hadisələrə hazır olmalısınız.

Balıq- Ətrafınızdakı hadisələrin yaxşı izləyicisi olsanız da, bu gün hisslərinizi özünüzdə saxlamaq istəməyəcəksiniz. Bu gün əsəbi olacağınızbir gündür. Sakit qalmağa çalışmalısız. Hər şeyi həddindən çox şişirdirsiniz.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər