Ru
15:02 / 25 Fevral 2022

Bu müharibədə bütün planet məhv ola bilər - Politoloq

23540
Artıq bir-neçə gündür, Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə ciddi itkilər, insan ölümü və böyük tələfatla nəticələnir. Görünür, heç bir dövlət Rusiya ilə üz-üzə gəlmək istəmir, ona görə də Ukraynaya hərbi yardım etməkdən imtina edirlər.


Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı politoloq Fərhad Məmmədov Bakupost.az –ın suallarını cavablandlrıb:





- Fərhad müəllim, sizcə, bu müharibədə Rusiyanı durduracaq güc olacaqmı?



- İkinci Dünya Müharibəsindən sonra Beynəlxalq Hüquq prinsiplərlərni tənzimlənməli olan beynəlxalq qurumlar yaradılıb. Bunlar BMT, ATƏT və sairədir. Lakin son bir neçə il ərzində ölkələr öz təhlükəsizlik problemini bu qurumlar vasitəsilə deyil, özləri və yaxud müttəfiqləri ilə birlikdə həll etməyə başlayıblar. Çünki bu qurumlar, beynəlxalq hüquq artıq səmərəsizdir və işləmir. Beynəlxalq qurumlar işləmir deyəndə onu nəzərdə tuturuq ki, BMT Təhlükəsizlik Şurasında bu gün Ukrayna ilə bağlı müzakirələr aparılır. Yəni, nüvə ölkəsi olan Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür. Veto hüquqlu üzv əgər belə bir hərəkət həyata keçirirsə, əlbəttə ki, biz beynəlxalq sistemin çöküşündən danışa bilərik. Bundan öncə ABŞ, NATO vasitəsilə Yuquslaviya, İraq və digər ölkələrdə bunları həyata keçirmişdi. Qaldı ki, Rusiyanı saxlayacaq güc hazırda dünyada yoxdur. Əgər Rusiya NATO-ya üzv ölkələrə daxil olsa, bu, nüvə savaşına gətirib çıxaracq və planetimiz məhv olacaq.

- Ukrayna bu hücumlara nə zamana kimi tab gətirə biləcək?

- Düzdür, Ukrayna müqavimət göstərir və bundan çox şey asılıdır. Silahlı xalq müqaviməti, partizan dəstələri yaradılsa, o zaman bu Rusiya üçün çox böyük fəsadlara gətirib çıxardacaq. Silahlı xalqa qarşı mübarizə aparmaq qeyri-mümkündür. Bunu İkinci Dünya Müharibəsi də göstərib. Böyük itkilər olsa da, ukraynalılar bunu həyata keçirə bilsələr, müəyyən nailiyyətlər qazanacaqlar.


- Belə çıxır, dünya dövlətlərinin Ukraynaya dəstəyi yalnız bəyanatlar ibarət olacaq. Sizcə hansısa dövlətin hərbi müdaxiləsini gözləməyə dəyərmi?

- Hərbi sahədə Ukraynaya heç bir dəstək olmayacaq. Yəni birbaşa olaraq Ukrayna ilə birlikdə Rusiyaya qarşı savaşda hər hansısa bir dövlət iştirak etməyəcək. Həmçinin Ukraynaya silah verməyə mexanizm də yoxdur. Çünki hava limanları bombalanıb. Quru yolla isə Rusiya rahat şəkildə bunun qarşısını ala bilər.




- Rusiyanın Ukraynadan hazırkı vəziyyətdə əsas tələbləri nədir?

- Hazırda Rusiyanın Ukraynadan 4 əsas tələbi var və bunun müzakirəsi gedir. Həmin tələblər Kırımın Rusiya ərazisi kimi, eyni zamanda separatçı dövlətlərin tanınması, Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı Konstitusiya qərarı və Ukraynanın qalan ərazilərinin federallaşması, silahsızlaşdırmadır. Ukrayna neçəsini qəbul edəcək və bununla da müharibə dayanacaqmı, bunlar hələ sual altındadır.

- Əgər Rusiya Kiyevi işğal etsə, nə qazanacaq və nə itirəcək?

- Rusiya hərbi siyasi rəhbərliyinin fikrilərinə nəzər yetirsək, onlar bildirirlər ki, indiki müharibə, gələcək böyük müharibənin qarşısını alır. Yəni, bununla nüvə müharibəsinin qarşısını alırlar. Onların məntiqi budur. Düzdür, Ukrayna rəhbərliyi bu tələbləri qəbul etməsə və müqavimət göstərsə, Rusiya Zelenski hakimiyyətini devirib, yerinə diktatora yarada bilər. Həmin tələbləri o hakimiyyətlə həyata keçirə bilər. Bu, Rusiya tərəfindən növbəti bir plandır. Məqsəd, Ukraynada hakimiyyət devrilsin, Zelenskinin yerinə Rusiyanın adamı təyin olunsun. Amma dünya ictimaiyyətinin gözündə onun legitimliyi olmayacaq.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər