Ru
23:44 / 07 Sentyabr 2022

Bu payız ayrılıq qoxuyur yenə...

15363

Bakupost.az “Gecə pıçıltıları” rubrikasında Elçin Mirzəbəylinin "Bu payız ayrılıq qoxuyur yenə" şeirini təqdim edir:



Bu payız ayrılıq qoxuyur yenə

Bomboz çiskinində itirəm,

Sağ ol.

Yollar izlərimi oxuyur yenə,

Sən olan şəhərdən gedirəm, sağ ol.



Burda sevdaların nəfəsi soyuq

Burda ölüm doğur açılan səhər.

Sarayı, koması,

qəfəsi soyuq -

Yaşayaq...

birtəhər.

Ölək...

birtəhər.



...Bu payız ayrılıq qoxuyur yenə...

Havası sıxılıb dodaqlarıma.

Buluddan göz yaşı toxuyur yenə -

Götürüb sərəcək yanaqlarıma.



Göz yaşı xalısı, həsrət kilimi

Min rəngə çalacaq baxışlarımda.

İllərin əzabı, dərdi, ələmi

Qol-boyun olacaq naxışlarında...



...Sıxır boğazımı acı kəlmələr

Bu sonsuz qəhərdən gedirəm, sağ ol.

Neyləyim...

Sevmədi məni bu şəhər...

Sən olan şəhərdən gedirəm, sağ ol.




Bu payız ayrılıq qoxuyur yenə...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər