Ru
15:59 / 17 Avqust 2022

Bu problem dünyanı aclığa doğru aparır - Millət vəkili

4236
"Bu gün bütün dünyanı narahat edən ən aktual məsələlərdən biri də taxıl qıtlığıdır. Bu problem dünyanı aclığa doğru aparır. Qıtlıq eyni zamanda qiymət artımına da səbəb olur”.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Azərbaycanda istehlak edilən ərzaqlıq buğdanın 70 faizi idxal hesabına ödənir. Ona görə də xarici bazardan daimi asılılığımız daxili bazarda da qiymətlərə təsir göstərir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev ərzaqlıq buğda ilə təminatı üçün daxili istehsalın artırılması ilə bağlı hökumətin qarşısında vəzifə qoyub. Bununla əlaqədar Prezident “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmana əsasən, Kənd Təsəsrrüfatı Nazirliyi ilə müqavilə bağlayaraq, növbəti 5 ildə müasir suvarma sistemlərinin tətbiqi ilə ərzaqlıq buğda istehsal edəcəyi ilə bağlı öhdəlik götürmüş fermerlərə əlavə subsidiya veriləcək. İlk dəfə olaraq ərzaqlıq buğdanın tədarük qiyməti dövlət tərəfindən müəyyənləşdirir. Bu da fermerə istehsal edəcəyi məhsulun qiymətini qabaqcadan bilməyə imkan verəcək. Yəni bu, məhsul yetişən zaman istehsal olunacaq məhsulun tədarükü ilə bağlı çətinliyin aradan qalxması deməkdir. İşğaldan azad olunan ərazilərimizdə də taxıl əkininə başlanılıb. İlham Əliyevin tapşırığına əsasən, həmin ərazilərin 100 min hektarında taxıl əkiləcək. Növbəti ildən aqrotexniki qaydalara əməl edilməklə müasir suvarma üsullarının tətbiqi ilə taxılın əkilməsi orta məhsuldarılığı artıracaq. Fikrimcə, yaxın 3-5 ildə orta məhsuldarlığın artması və azad olunan ərazilərin dövriyyəyə qaytarılması nəticəsində ərzaqlıq buğdaya olan təlabatın 80 faizə qədərini daxili istehsal hesabınaa ödəyə biləcəyik. Bu da xaricdəki qiymət artımından daxili bazarda un və un məhsulların qiymətlərini sığortalamağa imkan verəcək".

Sevinc,
BakuPost
Şərhlər
  • Fuad Rəhimov

    Dünyada taxıl problemi yoxdur.Bunu BMT-nin baş katibi dünyada taxılı qiymətlərinin 8 faiz ucuzlaşdığını deyir.Amma Bizim "başblənlər" bunu əksinə anlayıb milləti ağır vəziyyətə salır,əsas olmadan bahalaşma edirlər.Əgər belədirsə ixrac etdiyimiz qaz və neftin qiymətləri d bahalaşır.O zaman bu fərqi xalq niyə hiss etmir?Niyə bu 2Başbilənlər" ortaya çıxıb bunu izah etmirlər?

  • t.ədalət

    Dünyada heç bir taxıl qıtlığı yoxdur.Biz elə əvvəlki kimi,əvvəlki qiymətə Rusiyadan taxıl alırıq.Sadəcə olaraq,əhalini ehtiyac məngənəsində süründürmək istəyənlər bütün sahələrdə qiymət artımı ediblər,indi də növbə əhalini çörəklə imtahan etməyə çatıb.Allah baisin cəzasını versin!Ölkə,sanki yezuitlərin əlində girinc qalıb.Hazırkı siyasət yezuitlikdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər