Ru
17:45 / 13 Yanvar 2022

Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı

1364
Baş nazir Əli Əsədov “Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edib.

Bakupost.az xəbər verir ki, dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin “cəmi” sütununda “3” rəqəmi “8” rəqəmi ilə əvəz edilib.

Bundan əlavə, “ərazi və yerli bölmələr üzrə” sütununa “5” rəqəmi əlavə edilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər